Azərbaycan Gürcüstandan mal-qara idxalını azaldıb

Azərbaycan Gürcüstandan mal-qara idxalını azaldıb

IKT
613

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana ümumi dəyəri 567,72 min ABŞ dolları olan 333,48 ton diri iribuynuzlu mal-qara ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmində illik müqayisədə 4,21 ton azalma qeydə alınıb.

Ötən ay Azərbaycan qonşu ölkədən 70,41 min ABŞ dolları dəyərində 51,9 ton diri qoyun və keçi də idxal edib. 2020-ci ilin yanvar ayında Gürcüstandan Azərbaycana bu məhsulun ixracı həyata keçirilməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan Gürcüstandan mal-qara idxalını azaldıb — Fins.az — Fins.az