Azərbaycan əhalisi ötən ay ərzaq məhsullarının alışını kəskin artırıb

Azərbaycan əhalisi ötən ay ərzaq məhsullarının alışını kəskin artırıb

IKT
615

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 7 537,6 mln. manat xərclənib.

Fins.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,4% artıb.

Təkcə may ayında əhali ərzaq məhsullarına 1,647 mlrd. manat xərcləyib ki, bu da aprel ayı ilə müqayisədə 30,5% çoxdur.

Qeyd edək ki, aprel ayında əhalinin ərzaq məhsullarına xərcləri 1,262 mlrd. manat təşkil edib, bu da 11 aylıq minimum kimi qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan əhalisi ötən ay ərzaq məhsullarının alışını kəskin artırıb — Fins.az — Fins.az