Azərbaycan AI və İKT sahəsində yeni hədəflər müəyyənləşdirib

Azərbaycan AI və İKT sahəsində yeni hədəflər müəyyənləşdirib

IKT
267

Fins.az – Azərbaycanda MyGov platformasının süni intellekt əsaslı yeni modelə keçirilməsi planlaşdırılır. Eyni zamanda, 2026-2028-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda çalışanların sayının 40 min nəfərə çatdırılması hədəflənir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda MyGov platformasında beta versiyada süni intellekt əsaslı çatbot istifadəyə verilib.

R.Həsənov qeyd edib ki, növbəti aylarda agent əsaslı yeni MyGov platformasına keçid planlaşdırılır və bununla bağlı layihələrin icrasına artıq başlanılıb.

Nazir müavini əlavə edib ki, dövlət qurumlarında da süni intellekt texnologiyalarının tətbiqi istiqamətində işlər davam etdirilir.

R.Həsənov bildirib ki, hazırda Azərbaycanda İKT sektorunda təxminən 25 min nəfər çalışır. Onun sözlərinə görə, 2026-2028-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində bu göstəricinin 40 min nəfərə çatdırılması nəzərdə tutulur.

Nazir müavini vurğulayıb ki, məqsəd yalnız məşğulluğun artırılması deyil, eyni zamanda süni intellekt, data analitikası və digər yüksək əlavə dəyər yaradan sahələr üzrə ixtisaslı mütəxəssislərin sayının artırılmasıdır.

R.Həsənov qeyd edib ki, bu istiqamət rəqəmsal iqtisadiyyatın inkişafı üzrə əsas nəticə göstəricilərindən biri kimi müəyyənləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan AI və İKT sahəsində yeni hədəflər müəyyənləşdirib — Fins.az — Fins.az