Apple “iPhone 17e” modelini təqdim etdi, “iPhone 16e” satışdan çıxarıldı

Apple “iPhone 17e” modelini təqdim etdi, “iPhone 16e” satışdan çıxarıldı

IKT
482

Fins.az - Apple korporasiyası yeni “iPhone 17e” modelini təqdim edib. Şirkət yeni modelin satışa çıxarılması ilə paralel olaraq əvvəlki nəsil olan “iPhone 16e” modelini istehsaldan və satışdan çıxarıb.

Yeni smartfon A19 prosessoru, 8 giqabayt operativ yaddaş və C1X modemlə təchiz olunub. Cihaz 6,1 düymlük, 60 hers yenilənmə tezliyinə malik Super Retina XDR ekranla təklif edilir. Ekran “Ceramic Shield 2” qoruyucu örtüyü ilə müdafiə olunur. 256 giqabayt yaddaşa malik versiyanın qiyməti 599 ABŞ dollarıdır.

Bununla yanaşı, Apple yenilənmiş “iPad Air” modelini də təqdim edib. Planşet M4 prosessoru, 8 giqabayt operativ yaddaş və əlavə “Apple N1” çipi ilə təchiz olunub, həmçinin “Wi-Fi 6E” texnologiyasını dəstəkləyir. 11 düymlük versiyanın qiyməti 599 dollar, 13 düymlük modelin qiyməti isə 799 dollar təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Apple “iPhone 17e” modelini təqdim etdi, “iPhone 16e” satışdan çıxarıldı — Fins.az — Fins.az