Ağdam rayonunda 8707 hektar sahədə yazlıq əkin aparılıb

Ağdam rayonunda 8707 hektar sahədə yazlıq əkin aparılıb

IKT
597

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda yazlıq bitkilərin kütləvi əkini yekunlaşmaq üzrədir. Torpaq mülkiyyətçiləri və fermerlər əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, yanvar-may aylarında 8707,2 hektar sahədə yazlıq əkinlər aparılıb. Yazlıq əkinlərin 2069 hektarını pambıq, 3665 hektarını tərəvəz, 101,2 hektarını şəkər çuğunduru, 340 hektarını kartof, 100 hektarını bostan bitkiləri, 60 hektarını qarğıdalı, 2 hektarını dən üçün günəbaxan, 2370 hektarını çoxillik otlar təşkil edir.

Hazırda yazlıq bitkilərin, o cümlədən pambığın becərilməsi işləri davam etdirilir, həmçinin ötən ilin payızında səpilmiş arpanın biçininə başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ağdam rayonunda 8707 hektar sahədə yazlıq əkin aparılıb — Fins.az — Fins.az