
ABŞ süni intellekt çiplərinin idxalını dörd kateqoriyaya ayıracaq
Fins.az - ABŞ administrasiyası süni intellekt texnologiyalarında istifadə olunan Amerika istehsalı çiplərin ixracına əlavə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
Reuters agentliyinin məlumatına görə, yeni mexanizm çipləri idxal edən ölkələri dörd kateqoriyaya bölməyi nəzərdə tutur.
Sənədə əsasən, 200 min ədəddən çox çip almaq istəyən ölkələr və ya şirkətlər ABŞ-ın təhlükəsizlik sahəsinə və ya Amerika data mərkəzlərinə investisiya qoymalı olacaqlar.
Fuad Mədətov
Fins.az