Zelenski Trampla görüşmək üçün ABŞ səfərini uzadıb

Zelenski Trampla görüşmək üçün ABŞ səfərini uzadıb

DÜNYA
213

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatların sabiq dövlət başçısı Donald Trampla görüşmək üçün ABŞ səfərini uzadıb.

Finss.az xəbər verir ki, CNN telekanalı bu barədə Volodimir Zelenskinin planları ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Ukraynanın dövlət başçısı Trampla görüşmək üçün daha bir gün ABŞ-da qalmalı olub.

Bundan əvvəl, Donald Tramp Volodimir Zelenskinin onunla görüşmək istəyinın yer aldığı məktubunu dərc edib. ABŞ-ın sabiq lideri Ukrayna prezidenti ilə cümə günü səhər Nyu-Yorkdakı “Trump Tower” otelində görüşəcəyini deyib. 

Qeyd edək ki, Volodimir Zelenski sentyabrın 22-dən ABŞ-da səfərdədir.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zelenski Trampla görüşmək üçün ABŞ səfərini uzadıb — Fins.az — Fins.az