Oktyabrın 1-dən indiyədək Xerson vilayətində 500 kvadrat kilometrdən çox ərazi azad edilib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski televiziya ilə çıxışında bildirib. Dövlət başçısı Şərq cəbhəsində də ciddi irəliləyiş olduğunu bildirib.