
Zaporojye AES-də xarici elektrik təchizatı bərpa edilib
Fins.az - Zaporojye Atom Elektrik Stansiyasında (AES) xarici elektrik təchizatı bərpa olunub.
Stansiyanın nümayəndələrinin məlumatına görə, 330 kV-luq “Ferrospavnayа-1” elektrik ötürmə xəttinin fəaliyyəti yenidən işə salınıb. Bu xətt stansiyanın öz ehtiyaclarının təmin edilməsində mühüm rol oynayır.
Xarici elektrik təchizatı bərpa edildikdən sonra stansiyanın enerji sistemləri standart iş rejiminə keçirilib.
Eyni zamanda ehtiyat dizel generatorları gözləmə rejiminə alınıb.