Zabaykalyedə güclü qar səbəbindən yolun bir hissəsi bağlanıb

Zabaykalyedə güclü qar səbəbindən yolun bir hissəsi bağlanıb

DÜNYA
176

Fins.az - Zabaykalye diyarının Krasnoçikoyski rayonunda yağan güclü qar səbəbindən regional avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Məlumata görə, Balyaqa–Yamarovka avtomobil yolunun 94-cü və 104-cü kilometrləri arasında nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Qərar sulu qarın yaratdığı ağır hava şəraiti və sürücülərin təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilib.

Hazırda yol xidmətlərinin əməkdaşları ərazidə işləyərək qarı təmizləyir, həmçinin yolun üzərinə aşmış ağacları kənarlaşdırırlar.

Səlahiyyətli qurumlar sürücülərə hava şəraiti normallaşana qədər həmin istiqamətdə səfərlərdən çəkinməyi tövsiyə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zabaykalyedə güclü qar səbəbindən yolun bir hissəsi bağlanıb — Fins.az — Fins.az