
Yunanıstanda 15 yaşadək uşaqlar üçün sosial şəbəkələr qadağan ediləcək
Fins.az - Yunanıstanda 15 yaşadək uşaqlar üçün sosial şəbəkələrə giriş 1 yanvar 2027-ci ildən etibarən qadağan olunacaq. Bu barədə ölkənin Baş naziri Kiriakos Mitsotakis açıqlama verib.
O bildirib ki, bu qərar bəzilərinin, xüsusilə uşaqların narazılığına səbəb ola bilər. Hökumət rəhbəri həmçinin qeyd edib ki, Yunanıstan Avropa İttifaqını da oxşar tədbirlərin qəbuluna təşviq edəcək.