Yunanıstan meşə yanğınları ilə mübarizədə peyk texnologiyasını tətbiq edən ilk ölkə olub

Yunanıstan meşə yanğınları ilə mübarizədə peyk texnologiyasını tətbiq edən ilk ölkə olub

DÜNYA
196

Fins.az - Yunanıstan meşə yanğınları ilə mübarizə sisteminə xüsusi peyk şəbəkəsini tam inteqrasiya edən dünyada ilk ölkə olub.

Yeni texnologiya yanğın ocaqlarının erkən mərhələdə aşkarlanmasına, operativ qərarların qəbul edilməsinə və fövqəladə hallara daha sürətli reaksiya verilməsinə imkan yaradır.

Məlumata görə, bu ilin may ayında Yer orbitinə buraxılmış dörd kiçik peyk artıq Yunanıstanın milli yanğınsöndürmə sisteminin ayrılmaz hissəsinə çevrilib.

Almaniyanın OroraTech şirkəti tərəfindən hazırlanmış peyklər termal sensorlarla təchiz olunub və eni cəmi 4 metr olan yanğın ocaqlarını belə müəyyən edə bilir. Bu göstərici ənənəvi peyk sistemlərinin imkanlarını əhəmiyyətli dərəcədə üstələyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yunanıstan meşə yanğınları ilə mübarizədə peyk texnologiyasını tətbiq edən ilk ölkə olub — Fins.az — Fins.az