Yoxsulluq səviyyəsi 12,3%-dək azalıb

Yoxsulluq səviyyəsi 12,3%-dək azalıb

DÜNYA
454

Ötən il Rusiyada yoxsulluq səviyyəsi 2018-ci illə müqayisədə 0,6 faiz bəndi azalaraq 12,3% təşkil edib.

Bu barədə RİA "Novosti" agentliyinin apardığı araşdırmada deyilir.

Qeyd olunur ki, Rusiyada sakinlərin 1,9%-nin gəlirləri yaşayış minimumunun yarısından az hissəsini təşkil edir. Bu göstərici də 2018-ci ilə nisbətən azalıb. Belə ki, 2018-ci ildə bu 2,1% səviyyəsində olub.

Bununla yanaşı, mütəxəssislər qeyd edir ki, Tuva sakinlərinin 6,6%-nin maddi vəziyyəti son dərəcə çətindir. İnquşetiyada isə əhalinin 4,8%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Altayda isə bu göstərici 4,2% təşkil edir.

Mütəxəssislər koronavirus pandemiyasının səbəb olduğu qlobal böhranın insanların həyatına ciddi təsir göstərə biləcəyini xatırladıb və bildirib ki, mənfi effekt qismən dövlətin maliyyə dəstəyi ilə kompensasiya olunur.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yoxsulluq səviyyəsi 12,3%-dək azalıb — Fins.az — Fins.az