
Yaponiyanın baş naziri Sanae Takaiçi ictimaiyyətlə daha çox sosial şəbəkələr vasitəsilə əlaqə qurur
Fins.az - Yaponiyanın baş naziri Sanae Takaiçi ictimaiyyətə mesajlarını və siyasi baxışlarını əsasən sosial şəbəkələr vasitəsilə çatdırmağa üstünlük verir.
Kyodo agentliyinin məlumatına görə, o, vəzifəyə başladığı son 5 ay ərzində mətbuatla 34 dəfə görüş keçirib. Müqayisə üçün, əvvəlki baş nazirlər bu müddətdə daha çox media çıxışı ediblər: Sigeru İsiba 57, Fumio Kişida 90, Yoşihide Suga 50, Sindzo Abe isə 44 dəfə jurnalistlərə açıqlama verib.
Eyni zamanda, Takaiçi “X” sosial şəbəkəsində aktivliyi ilə seçilir. O, 5 ay ərzində təxminən 370 paylaşım edərək gündə orta hesabla 2 post yayımlayıb.
Mənbələrə görə, baş nazir bu üsulu ictimaiyyətlə birbaşa və operativ kommunikasiya vasitəsi kimi istifadə edir.