Yaponiyada ÜDM-un son 40 ildə rekord səviyyədə azaldığı qeydə alınıb

Yaponiyada ÜDM-un son 40 ildə rekord səviyyədə azaldığı qeydə alınıb

DÜNYA
501

Yaponiyada apreldən iyunadək milli iqtisadiyyatda rekord səviyyədə azalma qeydə alınıb. Koronavirus pandemiyası nəticəsində ümumi daxili məhsulda (ÜDM) son 40 ildə ən böyük rüblük azalma baş verib.

Fins.az Yaponiya Nazirlər Kabinetinin dəftərxanasına istinadla xəbər verir ki, hesabat dövründə ÜDM üzrə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 27,8 faiz azalma qeydə alınıb. Bu, 1980-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Xatırladaq ki, Yaponiyada aprel və may aylarında hökumət tərəfindən elan edilmiş fövqəladə vəziyyət rejimi tətbiq olunub. Nəticədə insanlar evdə qaldığına və müəssisələr işləmədiyinə görə, fərdi istehlak kəskin azalıb.

Dünya səviyyəsində iqtisadi fəaliyyət donduğuna görə, ixrac da kəskin azalıb ki, bu da öz növbəsində avtomobillərin tədarükünə ciddi təsir göstərib. (azertac)

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyada ÜDM-un son 40 ildə rekord səviyyədə azaldığı qeydə alınıb — Fins.az — Fins.az