Yaponiyada nafta tədarükündə fasilə riski artır

Yaponiyada nafta tədarükündə fasilə riski artır

DÜNYA
314

Fins.az - Yaponiyada Yaxın Şərqdəki böhran fonunda nafta tədarükündə mümkün çatışmazlıqla bağlı narahatlıqlar artır.

Məlumata görə, ölkə rəhbərliyi mövcud ehtiyatların təxminən dörd ay kifayət edəcəyini bildirsə də, bazarda gərginlik artıq hiss olunmağa başlayıb.

Nafta Yaponiyanın neft-kimya sənayesi üçün əsas xammallardan biri hesab olunur və onun tədarükündəki problemlər biznes fəaliyyətinə təsir göstərir.

Bildirilir ki, xammal və komponent çatışmazlığı bəzi şirkətlərin fəaliyyətinə də mənfi təsir edib. Məsələn, santexnika istehsalçısı Toto müəyyən müddət ərzində modul vanna otaqları üçün yeni sifarişlərin qəbulunu dayandırmalı olub. Sonradan isə aidiyyəti qurumların dəstəyi ilə sifarişlərin qəbulu tədricən bərpa edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyada nafta tədarükündə fasilə riski artır — Fins.az — Fins.az