Yaponiyada LNG idxalı son 24 ilin minimumuna enib

Yaponiyada LNG idxalı son 24 ilin minimumuna enib

DÜNYA
197

Fins.az - Yaponiya 2026-cı ilin may ayında mayeləşdirilmiş təbii qazın (LNG) idxalını son 24 ilin ən aşağı səviyyəsinə endirib.

Maliyyə Nazirliyinin məlumatına görə, ölkə may ayında 3,96 milyon ton LNG idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.

Bu göstərici 2002-ci ilin iyun ayından bəri qeydə alınan ən aşağı aylıq idxal həcmi hesab olunur.

Məlumata görə, Yaponiya hazırda ehtiyatlardan daha fəal istifadə edir. Bununla yanaşı, ölkə qarşıdan gələn yay mövsümündə enerji tələbatının artması və qışa hazırlıq üçün ehtiyatların formalaşdırılması məsələləri ilə üzləşir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyada LNG idxalı son 24 ilin minimumuna enib — Fins.az — Fins.az