
Yaponiyada baş verən zəlzələ atom elektrik stansiyalarına ziyan vurmayıb
Fins.az - Yaponiya sahillərində baş verən zəlzələ ölkənin atom elektrik stansiyalarına ziyan vurmayıb.
Məlumata görə, bu barədə Tokio Elektrik Enerjisi Şirkəti (TEPCO) və Beynəlxalq Atom Enerjisi Agentliyi təsdiq verib.
İlkin mərhələdə seysmoloqlar zəlzələnin təhlükəli nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirdilər. Yeraltı təkanlardan sonra ölkənin şimal-şərq bölgələrində sunami təhlükəsi ilə əlaqədar əhaliyə sahil zonalarını tərk etmək çağırışı edilib.
Hazırda İvate, Hokkaydo və Aomori prefekturalarında sunami xəbərdarlığının qüvvədə olduğu bildirilir.