
Yaponiyada 4,9 maqnitudalı zəlzələ baş verib
Fins.az - Yaponiyada 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar 360 mindən çox əhalisi olan Naqano şəhərindən 32 kilometr şimal-qərbdə hiss olunub.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, həmçinin sunami təhlükəsi qeydə alınmayıb.