Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib

Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib

DÜNYA
275

Fins.az - Yaponiyanın Honsyu adasının şimal-şərq sahilləri yaxınlığında, Sakit okeanda 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Operativ məlumata əsasən, zəlzələnin episentri Aomori prefekturasının Hatinohe şəhərindən 24 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələ ilə bağlı dağıntılar, xəsarət alanlar və ya sunami təhlükəsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib — Fins.az — Fins.az