Yaponiya və ABŞ süni intellekt layihələrinə 1 milyard dollar yatıracaq

Yaponiya və ABŞ süni intellekt layihələrinə 1 milyard dollar yatıracaq

DÜNYA
100

Fins.az - Yaponiya və ABŞ süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Məlumata görə, tərəflər növbəti beş il ərzində elmi tədqiqatlar və süni intellekt texnologiyalarının inkişafı üçün birgə layihələrə ümumilikdə 1 milyard ABŞ dolları həcmində investisiya yatıracaqlar.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın sözlərinə görə, təşəbbüs iki ölkənin süni intellekt və elmi araşdırmalar sahəsində proqramlarını birləşdirən strateji tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.

Layihənin əsas məqsədi qabaqcıl texnologiyaların inkişafını sürətləndirmək, elmi potensialı gücləndirmək və innovativ həllərin yaradılmasını təşviq etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiya və ABŞ süni intellekt layihələrinə 1 milyard dollar yatıracaq — Fins.az — Fins.az