“Yandex” 2028-ci ildən pilotsuz avtomobilləri kommersiyalaşdıracaq

“Yandex” 2028-ci ildən pilotsuz avtomobilləri kommersiyalaşdıracaq

DÜNYA
331

Fins.az - “Yandex” 2028-ci ildən etibarən pilotsuz avtomobillərin kommersiya istifadəsinə başlamağı planlaşdırır. Şirkət bu texnologiyanı təkcə taksi xidmətlərində deyil, həm də fərdi istifadə üçün təqdim etməyi hədəfləyir.

Mütəxəssislərin fikrincə, ilkin mərhələdə robotaksilər bazara çıxarılacaq, lakin gələcəkdə adi istifadəçilər də şəxsi pilotsuz avtomobillər əldə edə biləcəklər.

Şirkət nümayəndələri qeyd edirlər ki, belə texnologiyalar insanların “şəxsi sürücü” anlayışını dəyişəcək. Əvvəllər bu xidmət yalnız varlılar üçün əlçatan sayılırdısa, gələcəkdə süni intellekt əsaslı sürücülər daha geniş kütlə üçün əlçatan olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Yandex” 2028-ci ildən pilotsuz avtomobilləri kommersiyalaşdıracaq — Fins.az — Fins.az