Xiaomi Samsung və Apple-ı ötüb keçdi

Xiaomi Samsung və Apple-ı ötüb keçdi

DÜNYA
595

Çinin iri smartfon istehsalçısı Xiaomi cari ilin iyun ayında qlobal satışlarını 26% artırıb.

Fins.az CNBC-yə istinadla xəbər verir ki, bununla da iyunda satılan smartfonların qlobal bölgüsündə 17% Çin şirkətinin payına düşüb. Həmin göstərici ilə aylıq nəticələrdə Xiaomi əsas rəqibləri - Samsung və Apple-ı da geridə qoyub.

Müqayisə üçün bildirək ki, dünya miqyasında iyun ayında satılan ağıllı telefonların 15,7%-i Cənubi Koreya nəhəngi Samsung-a, 14,2%-i isə Amerikan şirkəti Apple-a məxsus olub. Buna əsas səbəb Vyetnamda koronavirus infeksiyasının sürətlə yayılmasına görə Samsung-un bu ölkədəki istehsalatı müvəqqəti dayandırması və daha az smartfon təchiz etməsidir.

Cari ilin ikinci rübünün ümumi nəticələrinə görə isə Xiaomi Samsung-dan sonra satışlarda dünya ikincisidir. Bununla belə, Avropada bazarın ən böyük hissəsi -  25%-i Xiaominin payına düşüb. Şirkət ən sürətlə inkişaf edən bazarlardan olan Hindistanda da liderdir.

Bu il Xiaomi preimium məhsul seqmentində əsas silahını – 928 dollara təklif olunan Mi11 Ultra smartfonunu bazara təqdim edib. Samsung yeni smartfonlarını gələn həftə, Apple isə sentyabrda təqdim edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xiaomi Samsung və Apple-ı ötüb keçdi — Fins.az — Fins.az