Xəzərin Qazaxıstan sahilində təxminən 100 suiti cəsədi tapılıb

Xəzərin Qazaxıstan sahilində təxminən 100 suiti cəsədi tapılıb

DÜNYA
242

Fins.az - Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan rayonunda, Xəzər dənizi sahilində 97 suiti cəsədi aşkar edilib.

Məlumata görə, cəsədlər sahilə güclü qərb küləyi və fırtına nəticəsində çıxarılıb.

Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri bildiriblər ki, heyvanlar ehtimal ki, bir aydan çox əvvəl ölüb və daha sonra dəniz axınları ilə sahilə daşınıb.

Hadisə ilə bağlı nümunələr götürülüb və ölüm səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Qeyd olunur ki, 2025-ci ildə də Xəzərin Qazaxıstan sahilində 400-dən çox suiti cəsədi tapılmışdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xəzərin Qazaxıstan sahilində təxminən 100 suiti cəsədi tapılıb — Fins.az — Fins.az