Xavyer Maskerano “İnter Mayami”nin baş məşqçi postundan ayrılıb

Xavyer Maskerano “İnter Mayami”nin baş məşqçi postundan ayrılıb

DÜNYA
321

Fins.az - Argentinalı mütəxəssis Xavyer Maskerano ABŞ-ın “İnter Mayami” klubunun baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.

Klubun yaydığı məlumata görə, Maskerano istefasına səbəb kimi şəxsi hallarını göstərib.

Mütəxəssis klub rəhbərliyinə, əməkdaşlara və xüsusilə futbolçulara təşəkkür edərək, birlikdə keçirdikləri dövrü unudulmaz adlandırıb. O, həmçinin azarkeşlərin dəstəyinin komandanın uğurlarında böyük rol oynadığını vurğulayıb.

Maskerano bildirib ki, harada olmasından asılı olmayaraq, “İnter Mayami”nin gələcək uğurlarını izləyəcək və komandaya ən yaxşı arzularını çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xavyer Maskerano “İnter Mayami”nin baş məşqçi postundan ayrılıb — Fins.az — Fins.az