
Wildberries-Russ Efiopiya məhsullarını Rusiyada satışa çıxardı
Fins.az - Wildberries-Russ şirkəti (ООО “РВБ”) Efiopiya məhsullarının Rusiyada satışını başlayıb. Bu barədə Wildberries-in təsisçisi və “РВБ” rəhbəri Tatiana Kim KИТ-2026 konfransında məlumat verib.
İlk mərhələdə platformada qəhvə, tekstil, dəri məmulatları və aksessuarlar, kosmetika və interyer əşyaları satışa çıxarılıb. Məhsulun növündən asılı olaraq, Rusiyadakı istifadəçiyə çatdırılma təxminən iki həftə çəkir.
Şirkət həmçinin ölkələr arasında məhsul dövriyyəsi üçün logistika infrastrukturunu genişləndirir, o cümlədən Ethiopost poçt xidməti ilə tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edir.