“WhatsApp” 2021-ci ildə bir sıra mobil telefonlarda işləməyəcək

“WhatsApp” 2021-ci ildə bir sıra mobil telefonlarda işləməyəcək

DÜNYA
702

Bakı 28 dekabr Fins.az

Gələn ilin yanvarın 1-dən “WhatsApp” messenceri köhnə smartfonlarda işləməyəcək.

Proqramın rəsmi saytının yaydığı məlumata görə, “WhatsApp” bəzi cihazlarla uyğunluğunu dayandıracaq.

Konkret olaraq əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlar bu tətbiqdən məhrum olacaqlar. Bura “iPhone 4” və daha əvvəlki versiyalar daxildir.

Tətbiqin “iPhone 4S”, “iPhone 5”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 6” və “iPhone 6S”i dəstəkləməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi lazımdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“WhatsApp” 2021-ci ildə bir sıra mobil telefonlarda işləməyəcək — Fins.az — Fins.az