Vyetnamda parlament və yerli şuralara seçkilər keçirilir

Vyetnamda parlament və yerli şuralara seçkilər keçirilir

DÜNYA
328

Fins.az - Vyetnamın qanunverici orqanı olan Milli Assambleyaya və 2026–2031-ci illər üçün bütün səviyyələrdə xalq şuralarına seçkilər keçirilir.

Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb. Təxminən 79 milyon seçicinin saat 19:00-dək ölkə üzrə 72 min 195 seçki məntəqəsində səs verəcəyi gözlənilir.

Seçicilər 864 namizəd arasından parlamentə 500 deputat seçəcəklər. Bununla yanaşı, kommuna və əyalət səviyyələrində fəaliyyət göstərəcək xalq şuralarının üzvləri də müəyyən ediləcək.

Yerli medianın məlumatına görə, seçki prosesində seçici fəallığı müşahidə olunur. Ölkə rəhbərliyi də səsvermədə iştirak edib.

Seçkilərin nəticələrinin martın 25-dən gec olmayaraq açıqlanacağı gözlənilir. Parlamentin yeni tərkibdə ilk sessiyasının isə aprelin 6-da keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vyetnamda parlament və yerli şuralara seçkilər keçirilir — Fins.az — Fins.az