Vyetnamda meningokok xəstəliyi ilə bağlı xəbərdarlıq edilib

Vyetnamda meningokok xəstəliyi ilə bağlı xəbərdarlıq edilib

DÜNYA
338

Fins.az - Vyetnamda meningokok xəstəliyinə yoluxma hallarının artması səbəbilə əhaliyə xəbərdarlıq olunub.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, ilin ilk 14 həftəsində 24 yoluxma və 4 ölüm halı qeydə alınıb. Yoluxanların 46 faizini 15 yaşdan kiçik uşaqlar təşkil edir. Son həftələrdə isə yoluxma sayında artım müşahidə olunur və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksəkdir.

Nazirlik vətəndaşlara yüksək hərarət, baş ağrısı, ürəkbulanma və boyun sərtliyi kimi simptomlar müşahidə olunduğu halda dərhal tibbi yardıma müraciət etməyi tövsiyə edib.

Mütəxəssislər vurğulayır ki, xəstəliyin erkən aşkarlanması və vaxtında müalicəsi ağırlaşmaların və ölüm hallarının qarşısının alınmasında mühüm rol oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vyetnamda meningokok xəstəliyi ilə bağlı xəbərdarlıq edilib — Fins.az — Fins.az