Vyetnam Venesuelaya xilasetmə qrupu və humanitar yardım göndərib

Vyetnam Venesuelaya xilasetmə qrupu və humanitar yardım göndərib

DÜNYA
164

Fins.az - Vyetnam Venesuelada baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə xilasetmə qrupu və humanitar yardım göndərib.

Vyetnamın VNA informasiya agentliyinin məlumatına görə, “Vietnam Airlines” aviaşirkətinin həyata keçirdiyi xüsusi reyslə Venesuelaya 124 nəfərlik axtarış-xilasetmə heyəti, 10 axtarış iti, eləcə də təxminən 25 ton humanitar yardım və xüsusi avadanlıq çatdırılıb.

Göndərilən yardımın zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə və bərpa işlərinin daha səmərəli aparılmasına töhfə verəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vyetnam Venesuelaya xilasetmə qrupu və humanitar yardım göndərib — Fins.az — Fins.az