
Vyetnam 2030-cu ilə qədər 7 yeni hava limanı inşa edəcək
Fins.az - Vyetnam 2030-cu ilə qədər aviasiya infrastrukturunu genişləndirmək məqsədilə yeddi yeni hava limanının istifadəyə verilməsini planlaşdırır.
Layihələr arasında Lonq Thanh beynəlxalq hava limanı və Gia Binh beynəlxalq hava limanı da yer alır.
Planlara əsasən, ölkədə ümumilikdə 32 hava limanı fəaliyyət göstərəcək və illik 220 milyon sərnişinə xidmət göstərilməsi hədəflənir.
Layihələrin həyata keçirilməsi üçün təxminən 19,3 milyard ABŞ dolları həcmində investisiya ayrılması nəzərdə tutulur.