Volodin "Xəzər Beşliyi" çərçivəsində əməkdaşlıqdan danışdı

Volodin "Xəzər Beşliyi" çərçivəsində əməkdaşlıqdan danışdı

DÜNYA
1,341

Rusiya "Xəzər beşliyi"nin parlament nümayəndələrinin iştirakı ilə konfransın növbəli şəkildə hər bir ölkədə keçirilməsini nəzərdə tutur.

Fins.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Türkmənistan Məclisində (parlamentdə) çıxışı zamanı deyib.

"Xəzər dənizinin geosiyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, "Xəzər beşliyi" (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran) çərçivəsində əməkdaşlıq bu gün xüsusi rol oynayır. Beş dövlətin başçısının nail olduğu razılaşmaların praktiki reallaşması "Xəzər beşliyi"nin parlament mühitinin formalaşmasına imkan yaradacaq", - Duma sədri deyib.

"Xəzəryanı ölkələrin parlament sədrlərinin iştirakı ilə konfransın növbəli şəkildə hər bir ölkədə keçirilməsini nəzərdə tuturuq", - o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Volodin "Xəzər Beşliyi" çərçivəsində əməkdaşlıqdan danışdı — Fins.az — Fins.az