
Volkswagen istehsal gücünü milyonlarla avtomobil azaldacaq
Fins.az - Almaniyanın avtomobil nəhəngi “Volkswagen” qlobal istehsal gücünü əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Şirkət rəhbərliyinin açıqlamasına görə, yaxın illərdə istehsal həcmi təxminən 1 milyon avtomobil qədər ixtisar ediləcək.
Rəhbərlik bildirir ki, mövcud istehsal gücü artıq bazar şəraitinə uyğun deyil və uzunmüddətli perspektivdə dayanıqlı hesab olunmur. Qlobal avtomobil bazarında dəyişən tələbat və artan rəqabət şirkəti yeni strategiyaya keçməyə məcbur edir.
Planlara əsasən, artıq Çində istehsal gücü azaldılıb və 2028-ci ilə qədər Avropada, xüsusilə “Audi” və “Volkswagen” markaları üzrə əlavə ixtisarlar həyata keçiriləcək.
Şirkət həmçinin xərclərin optimallaşdırılması çərçivəsində ciddi struktur dəyişiklikləri planlaşdırır. Proqnozlara görə, 2030-cu ilə qədər Almaniyada on minlərlə iş yerinin ixtisarı da gündəmdədir.