Volga model sırasını K40 krossoveri ilə genişləndirir

Volga model sırasını K40 krossoveri ilə genişləndirir

DÜNYA
414

Fins.az - Rusiyanın Volga avtomobil markası model sırasını yeni orta ölçülü K40 krossoveri ilə genişləndirməyi planlaşdırır.

Yeni model brendin portfelində üçüncü avtomobil olacaq. Daha əvvəl Volga K50 krossoverini (Geely Monjaro əsasında) və C50 sedanını (Geely Preface əsasında) təqdim edib. K40 modeli isə Geely Atlas platformasına əsaslanır.

Avtomobil iki mühərrik variantı ilə təklif ediləcək: 147 at gücündə 1,5 litrlik turbo mühərrik 7-pilləli robotlaşdırılmış sürətlər qutusu (7DCT) və ön ötürücü ilə, həmçinin 200 at gücündə 2,0 litrlik turbo mühərrik 8-pilləli avtomatik sürətlər qutusu (8AT) və tam ötürücü sistemi ilə.

K40 modelinin satışına cari ilin yayında başlanılması planlaşdırılır. Seriyalı istehsalın isə Nijni Novqorodda yerləşən zavodda təşkil olunacağı bildirilir. Bu müəssisədə əvvəllər Skoda və Volkswagen avtomobilləri istehsal olunurdu və onun illik istehsal gücü 110 min avtomobil təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Volga model sırasını K40 krossoveri ilə genişləndirir — Fins.az — Fins.az