Vladiqafqazda pirotexnika anbarında partlayış: 8 nəfər yaralanıb

Vladiqafqazda pirotexnika anbarında partlayış: 8 nəfər yaralanıb

DÜNYA
294

Fins.az - Vladiqafqazın mərkəzində pirotexnika anbarında baş verən partlayış nəticəsində, biri uşaq olmaqla 8 nəfər xəsarət alıb.

Hadisə Avqust Hadisələri küçəsi ərazisində qeydə alınıb. Partlayışdan sonra güclü yanğın başlayıb və ərazidə sıx tüstülənmə müşahidə olunub.

Məlumata görə, partlayışın episentrində anbar binalarının fasadı tamamilə dağılıb, yaxınlıqda park edilən avtomobillər isə zədələnib.

Hazırda fövqəladə xidmət əməkdaşları hadisə yerində işləyir, dağıntıların sökülməsi və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Bildirilir ki, pirotexniki vasitələrin detonasiyası davam etdiyi üçün vəziyyətin idarə olunması çətinləşib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vladiqafqazda pirotexnika anbarında partlayış: 8 nəfər yaralanıb — Fins.az — Fins.az