
“Virgin Media” 28 milyon funt sterlinq cərimələnib
Fins.az - Böyük Britaniyanın rabitə tənzimləyicisi Ofcom telekommunikasiya şirkəti Virgin Medianı müştərilərin müqavilələrini ləğv etməsinə mane olduğuna görə 28 milyon funt sterlinq məbləğində cərimələyib.
Araşdırma zamanı şirkət əməkdaşlarının müştərilərin zənglərini qəsdən sonlandırdığı, onları əsassız şəkildə gözlətdiyi və müqaviləni ləğv etmək istəyən şəxslərə təzyiq göstərdiyi müəyyən edilib. Tənzimləyici bu hərəkətlərin istehlakçı hüquqlarının pozulması olduğunu bildirib.