
Viktor Osimhen “Fənərbağça”ya qarşı oynaya biləcək
Fins.az - UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la keçirilən cavab oyununda qolu sınan “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin vəziyyəti bəlli olub.
27 yaşlı oyunçu Superliqanın XXXI turunda “Fənərbağça” ilə keçiriləcək derbiyə hazır olacaq. Qarşılaşma aprelin 26-da baş tutacaq.
Osimhen hazırda fərdi məşqlərini davam etdirir. Bu mövsüm o, “Qalatasaray”ın heyətində 29 matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.