Venesuelada zəlzələ qurbanlarının sayı 920 nəfərə çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 920 nəfərə çatıb

DÜNYA
148

Fins.az - Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 920 nəfərə yüksəlib.

Məlumata görə, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges açıqlama verib.

Bundan əvvəl Prezident Delsi Rodriges 589 nəfərin həlak olduğunu və 2890 nəfərin yaralandığını bildirmişdi. Rəsmilər dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdiyini və qurbanların sayının artacağını istisna etmirlər.

Xatırladaq ki, Venesuelada çərşənbə axşamı axşamı və cümə axşamı səhər saatlarında 7,2, 7,5 və 4,5 bal gücündə zəlzələlər qeydə alınıb. Nəticədə çoxlu yaşayış binaları dağılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Venesuelada zəlzələ qurbanlarının sayı 920 nəfərə çatıb — Fins.az — Fins.az