UNEP: Dünya okeanlarının 10 faizindən çoxu qorunan ərazi elan edilib

UNEP: Dünya okeanlarının 10 faizindən çoxu qorunan ərazi elan edilib

DÜNYA
270

Fins.az - BMT Ətraf Mühit Proqramı və Beynəlxalq Təbiətin Qorunması Birliyinin birgə araşdırmasına əsasən, dünya okeanlarının 10 faizindən çoxu ilk dəfə rəsmi olaraq qorunan ərazilər elan edilib.

Araşdırmada okeanların qorunma səviyyəsinin 10,01 faiz olduğu bildirilib ki, bu da mühüm irəliləyiş kimi qiymətləndirilir. Bununla belə, 2030-cu ilə qədər müəyyən edilmiş 30 faizlik hədəfə çatmaq üçün əlavə olaraq çox geniş ərazilərin qoruma altına alınması tələb olunur.

Məlumata görə, 2024-cü ildə qlobal okean və sahil ərazilərinin qorunan hissəsi 8,6 faiz təşkil edib. Son iki ildə isə bu sahələrə təxminən 5 milyon kvadratkilometr əlavə olunub.

Mütəxəssislər qeyd edirlər ki, okeanların qorunması biomüxtəlifliyin saxlanılması və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
UNEP: Dünya okeanlarının 10 faizindən çoxu qorunan ərazi elan edilib — Fins.az — Fins.az