Ukraynalı taxıl maqnatı Rusiyanın hücumu nəticəsində ölüb

Ukraynalı taxıl maqnatı Rusiyanın hücumu nəticəsində ölüb

DÜNYA
932

Ukraynanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan "Nibulon"un qurucusu və sahibi Oleksiy Vadaturski və həyat yoldaşı bazar günü Nikolayev vilayətində Rusiyanın hücumu nəticəsində öldürülüb.

"Fins.az" xəbər verir ki, bu barədə Nikolayevin qubernatoru Vitali Kim açıqlama verib.

Telegram hesabında açıqlama verən qubernator Kim, cütlüyün şənbə gecəsi və bazar günü şiddətli bombardmana məruz qalan Nikolayvdakı evlərində öldüyünü bildirib.

Baş ofisi Nikolayvda yerləşən "Nibulon" şirkəti əsasən buğda, arpa və qarğıdalı istehsalı və ixracı üzrə fəaliyyət göstərir, eyni zamanda şirkətin öz donanması və gəmiqayırma zavodu var.

Ötən həftə İstanbulda taxıl dəhlizinin yaradılmasına dair sənəd imzalanıb və Rusiya Ukrayna ilə taxıl dəhlizi sazişi imzaladıqdan 24 saat keçməmiş Rusiya Odessa limanını raketlər ilə vurub.

Odessa vilayət hərbi idarəsinin müşaviri Bratçuk Rusiyanın limanın infrastrukturunu iki “Kalibr” raketi ilə vurduğunu, iki raketin isə Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyin açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ukraynalı taxıl maqnatı Rusiyanın hücumu nəticəsində ölüb — Fins.az — Fins.az