Ukrayna Novorossiyskə hücumun detallarını açıqlayıb

Ukrayna Novorossiyskə hücumun detallarını açıqlayıb

DÜNYA
656

Fins.az - Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı mayın 23-nə keçən gecə Novorossiysk şəhərinə edilən hücumun təfərrüatlarını açıqlayıb.

Məlumata görə, hücum nəticəsində hərbi logistika məqsədilə istifadə olunan əsas Rusiya neft obyektlərində yanğınlar baş verib. Əsas hədəflərdən biri Novorossiyskdə yerləşən Şesxaris neft terminalı olub. Baş qərargah obyektə endirilən zərbəni və terminalda baş verən yanğını təsdiqləyib.

Bildirilib ki, Şesxaris Rusiyanın Qara dənizdəki ən böyük neft terminallarından biridir və Transneft sisteminə daxildir. Obyekt neft və neft məhsullarının daşınması, həmçinin Rusiya ordusunun ehtiyaclarının təmin olunması üçün istifadə edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...