“Taxıl sazişi” çərçivəsində Ukrayna limanlarından daşınan taxılın miqdarı 6 milyon tonu keçib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu gün daha 8 taxıl yüklü gəmi Ukrayna limanlarından yola düşüb.