Ukrayna ABŞ-dan 1,3 milyard dollarlıq qrant alıb

Ukrayna ABŞ-dan 1,3 milyard dollarlıq qrant alıb

DÜNYA
942

Ukrayna dövlət büdcəsinin maliyyələşdirmə paketi çərçivəsində ABŞ-dan 1,3 milyard dollarlıq qrant alıb.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün "Twitter" səhifəsində yazıb.

"Biz ABŞ prezidenti Co Baydenə misilsiz dəstəyə görə təşəkkür edirik. <...> 7,5 milyard dollarlıq dövlət büdcəsinin maliyyələşdirilməsi paketinin bir hissəsi kimi 1,3 milyard dollarlıq qrant aldıq", - deyə baş nazir bildirib.

D.Şmıqal həmçinin Dünya Bankının operativ qərarlarına və ayrıca Dünya Bankı Qrupunun prezidenti Devid Malpasa təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ukrayna ABŞ-dan 1,3 milyard dollarlıq qrant alıb — Fins.az — Fins.az