
UFC-də sensasiya: Karlos Ulberq İrji Proxazkanı nokaut edərək çempion oldu
Fins.az - MMA üzrə UFC 327 turnirində Yeni Zelandiya döyüşçüsü Karlos Ulberq çexiyalı İrji Proxazkanı məğlub edərək yarıağır çəki üzrə UFC çempionu olub.
Döyüş Mayamidə keçirilib və ilk raundda nokautla başa çatıb. Görüş zamanı Ulberq ayağından zədə alsa da, qarşılaşmanı davam etdirərək qələbə qazanıb.
Bu nəticə ilə 35 yaşlı Ulberqin MMA karyerasında 32-ci qələbəsi qeydə alınıb (1 məğlubiyyət). İrji Proxazka isə 6-cı dəfə məğlub olub, onun aktivində 32 qələbə və 1 heç-heçə var.
Döyüş turnirin əsas qarşılaşması olub və UFC yarıağır çəki çempionluğu kəməri uğrunda keçirilib.