
UEFA Rusiya klublarının avrokuboklardan uzaqlaşdırılmasını 2027-ci ilədək uzadıb
Fins.az - Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlardan uzaqlaşdırılmasını 2027-ci ilin yayına qədər uzadıb.
Məlumata görə, qərar UEFA-nın rəsmi saytında yerləşdirilən sənədlərdə öz əksini tapıb.
Qurumun İcraiyyə Komitəsi avrokubokların növbəti mövsüm üçün iştirakçı siyahısında dəyişikliklər edib. Bu dəyişiklik Rusiya klublarının və yığmalarının UEFA turnirlərindən kənarlaşdırılmasının davam etməsi ilə əlaqələndirilib.