
UEFA Konfrans Liqasında 1/4 final oyunları başlayır
Fins.az - Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Günün ilk matçında İspaniyanın “Rayo Valyekano” klubu öz meydanında Yunanıstanın AEK komandasını sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Digər üç oyun isə eyni saatda, 23:00-da start götürəcək: İtaliyanın “Fiorentina” klubu İngiltərədə “Kristal Pelas”ın, Fransanın “Strasburq” komandası Almaniyada “Maynts”ın, Niderlandın “AZ Alkmaar” klubu isə Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının qonağı olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.