UEFA İspaniya millisinin iki üzvünü bir oyunluq cəzalandırıb

UEFA İspaniya millisinin iki üzvünü bir oyunluq cəzalandırıb

DÜNYA
275

İspaniya millisinin yarımmüdafiəçisi Rodri və hücumçusu Alvaro Morata bir oyunluq diskvalifikasiya edilib.

Finss.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb futbolçuların Cəbəllütariqin dövlətçiliyinə qarşı etdikləri hörmətsizlik olub.

UEFA-nın Etika Komissiyası bu hadisəni idmana yaraşmayan hərəkət və futbolun gözdən salınması kimi qiymətləndirib, baş verənləri əsas davranış qaydalarının pozulması hesab edib.

AVRO-2024-ün qalibi adını qazanan İspaniya millisinin üzvləri finaldan sonra qələbəni qeyd edən zaman azarkeşlərlə birlikdə Cəbəllütariqin dövlətçiliyinə qarşı uyğun olmayan mahnı oxuyublar.

Qeyd edək ki, AVRO-2024-ün finalında İspaniya millisi İngiltərə komandasını 2:1 hesabı ilə məğub edib.

Kaira Ağayeva

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
UEFA İspaniya millisinin iki üzvünü bir oyunluq cəzalandırıb — Fins.az — Fins.az