Türkiyənin xarici ticarət kəsiri 10 mlrd. dolları ötdü

Türkiyənin xarici ticarət kəsiri 10 mlrd. dolları ötdü

DÜNYA
301

Türkiyənin bu ilin iyul ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 147% artaraq 4,32 milyard dollardan 10,69 milyard dollara yüksəlib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika Təşkilatı (TÜİK) açıqlayıb.

Məlumata görə, ötən ilin iyul ayında ixracın idxala nisbəti 79,1% olduğu halda, ötən ay bu göstərici 63,4%-ə enib.

Əlavə edək ki, bu ilin ilk 7 ayı ərzində ölkənin xarici ticarət kəsiri 143,7% artaraq 25,5 milyard dollardan 62,1 milyard dollara yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyənin xarici ticarət kəsiri 10 mlrd. dolları ötdü — Fins.az — Fins.az