
Türkiyədə “Meta” şirkəti ilə bağlı araşdırma başlanıb
Fins.az - Türkiyənin Rəqabət Şurası “Meta” şirkətinin fəaliyyəti ilə bağlı rəsmi araşdırmaya başlayıb.
Araşdırmanın başlanmasına səbəb “WhatsApp” istifadəçilərinin “Meta AI” istisna olmaqla digər virtual köməkçilərə və çat-botlara çıxış imkanlarının məhdudlaşdırıldığına dair şikayətlər olub.
Məlumata görə, araşdırma çərçivəsində şirkətin bazardakı üstün mövqeyindən istifadə edərək rəqabəti məhdudlaşdırıb-məhdudlaşdırmadığı qiymətləndiriləcək.