Türkiyədə iyul ayında karonavirusla bağlı atılacaq addımlar müzakirə edilir-SON DƏQİQƏ

Türkiyədə iyul ayında karonavirusla bağlı atılacaq addımlar müzakirə edilir-SON DƏQİQƏ

DÜNYA
603

Bu  dəqiqələrdə yayılan xəbərə görə, Prezident idarəsində keçiriləcək iclasda Karonavirusuna qarşı mübarizə prosesi və iyulun 1-dən etibarən hansı addımların atılacağı müəyyənləşdirəcək.

Fins.az "milliyet"-ə istinadən xəbər verir ki, nazir Koca, özünün Twitter hesabındakı son paylaşımında, "Yeni diaqnoz qoyulan insanların sayında dünənlə müqayisədə 16, əvvəlki günlə müqayisədə 40 nəfər azalma var. Bu gün müalicə olunan xəstələrimizin ümumi sayı dünənlə müqayisədə 571 nəfər azdır. Yoluxmaların sayını azaltmaqda kifayət qədər sürətli və mübarizədə tam ehtiyatlı deyilik. Yay fəsli rahatlıq yaratmamalıdır. "

Qeyd etmək istərdik ki Türkiyədə Covid-19 -a qarşı tədbirlər çərçivəsində Kayseridə 23 ev karantinə alınıb. Melikgazi, Kocasinan, Talas və İncesu rayonlarının sakinlərinin Covid-19  testlərinin nəticəsi  müsbət olub.Bunun ardınca bu rayonlardakı 23 evdə 14 gün davam edəcək karantin rejiminin tətbiqinə başlanılıb.
Kocaeli-nin Gebze ərazisində, bir küçədə karantin tətbiq edilib. "İnönü Mahallesi"-nin 1954. küçəsində müsbət  nəticə vermiş estlərin sayının çox olması  və bir biri ilə ünsiyyətdə olan şəxslərin sayının çox olduğu təyin olunub.
Küçəyə Rayon Gigiyena İdarəsi tərəfindən  test nəticəsi müsbət olan 8 nəfərin digər evlərdə insanlarla təmasda olması səbəbi ilə karantin  rejiminin tətbiqi qərara alınıb. Küçədə tətbiq edilən karantin rejimi 7 gün davam edəcək.

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə iyul ayında karonavirusla bağlı atılacaq addımlar müzakirə edilir-SON DƏQİQƏ — Fins.az — Fins.az